Buklet – bir şirkət və ya təşkilatı tanıtmaq məqsədilə hazırlanır. Daha çox məlumat verməyə imkan yaradan mətnlərlərdən ibarət olur. Məhsul və fəaliyyət sahəsini əks etdirən rəsmlərlə daha da diqqət çəkici hala gətirilir. Hazırlanan bukletlər bu reklamdan xəbərdar olmaq istəyən auditoriyaya paylanılır. Həmçinin bukletlər bu və ya digər mövzulardakı konfranslar, təqdimatlar zamanı da böyük sıxlıqla istifadə edilir.

Bukletlər qısa zamanda daha çox effektiv ola biləcək bir reklam məhsuludur. Bukletlərdə əsas diqqət edəcəyimiz məqam onun dizaynı edilməsidir. Belə ki bukletlərin dizaynı yaddaqalıcı olmalıdır ki, üzərindəki məlumatlar oxunduqdan sonra atılmasın. Bukletlər restoran, xəstəxana, otel, kurs, travel ya da bir konsert reklamı ilə əlaqəli ola bilər. Ehtiyaca görə fərqli ölçülərdə dizayn edilə bilər, ancaq əsasən A4 formatında hazırlanır. İki və bir yerdən qat (qrım) qoyulur.  


Bizi instagramda izləyin!