“BUKLETAZ” şirkəti 2012-cİ ildə “PRİNT STORE MMC”-in tərkibində tammiqyaslı poliqrafiya və reklam şirkəti olaraq yaradılmışdır. Bizi irəliyə doğru addımlamağa məcbur edən amil müştərilərimizə kreativ ideya təklif etməklə onları professional şəkildə həyata keçirməyimizdir.
Şirkətimizin əsas missiyası müştərilərin biznesinin inkişafına yardımçı
olmaq və keyfiyətli reklam xidmətlərini həyata keçirməkdir. Buna
əsaslanaraq mütəxxəsislərimiz ideal reklam konsepsiyaları yaradaraq
əməkdaşlıq etdiyimiz şirkətin üstünlüklərini ön plana çıxardır və
rəqiblərindən seçilmələrini təmin edir…

Şirkətimiz 4 profil üzrə xidmət göstərir: Poliqrafiya, Reklam, Promo, Dizayn xidmətləri:

Mətbəəmiz son model çap və çap sonrası avadanlıqlar ilə təchiz olunmuşdur.Çap mərhələsi Alman texnologiyası ilə tam avtomatlaşdırılmış şəkildə, insan əli dəymədən həyata keçirilir.

Reklam emalatxanamız son model avadanlıqlar ilə təchiz olunmuşdur.
Müştərilmərimizə kreativ reklam lövhələri hazırlamaqla məhsullarının hər zaman cəlbedici görünməsini təmin edirik.

Promo məhsullar strateji vacib məqamlarda daha aktiv istifadə olunur. Şirkətlərin əvəzolunmaz tanıtım məhsulları arasında ən qabaqcıl məhsullardandır.